Maduronun oğlu atasından danışdı - VİDEO 

20:34 06.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Venesuela Prezidenti Nikolas Maduronun oğlu Querra atasının ABŞ qüvvələri tərəfindən əsir götürülməsindən sonra açıqlama verib.

Hafta.az xəbər verir ki, oğul Maduro Venesuela Milli Assambleyasında çıxışında deyib:

"Ata, bu ailədə hamımızı güclü etdin. Budur, sən qayıdana qədər biz öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq", - 35 yaşlı parlamentari atasına xitab edərək ağlayıb. 

Venesuela dövlət televiziyası parlamentdən görüntülər yayımlayıb.

Yanvarın 3-də ABŞ prezidentinin əmri ilə ABŞ qüvvələri Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresi Karakasda ələ keçirərək Nyu-Yorka aparıblar və burada məhkəmə Venesuelalı siyasətçini narkotika-terrorçuluq ittihamı ilə ittiham edib. Venesuela prezidenti və həyat yoldaşı günahını etiraf etmir.